huss (@hussniyya) 4 weeks ago

Angel food cake with lemon Şəkildəki angel food cake olsa da ,şəkildə effekt və işıq rəngini azca dəyişib,şəkildəkindən daha çox ağdı içi,dadı isə qeyd etdiyim ki çox yüngül,əvvəlki paylaşımımda geniş yazmışam həm hazırlanışı haqqında,həm də biraz əlavə məsləhətlər.Bilmirəm nəyə görədi,amma deyilənə görə məni mətbəxə salmaq bir də mətbəxdən çıxarmaq çətin olur,yəni mətbəxə girib qapını örtdümsə,ən azı 3-4 saat nəsə hazırlayacam nəsə yuyacam yığışdıracam və s., hətta biraz da həvəslənib bir həftənin yeməyini hazırlayıb,sonra soyuducuda saxlamağa yer tapmaya bilirəm. Elə vaxt isə hətta çay belə.dəmləməyə həvəs olmur,ümid edirəm hamıda belədi yoxsa özümdən şübhələnməyə başlayacam😂. Mətbəxə girib hazırlayıb bitirəndə isə görürəm artıq hava qaralıb işıqsız şəkil çəkmək mümkün olmur,səhərə isə hazırladıqlarım ilk ankı təravəti ilə olmur ona görə şəkildə də çox da ləzzətli görünmürlər,beləcə son vaxtlar niyə daha az resept paylaşdığımı açıqlamış oldum 😊

154 Likes